Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi İrəvan meriyası aparatının keçmiş rəhbəri Seyran Mejlumyanı və Şəhərsalma və Memarlıq şöbəsinin rəisi səlahiyyətlərini icra edən David Dallakyanı saxlayıb.
Manset.az oxu.az-a istinadən xəbər verir ki, həmin şəxslərin saxlanılmasının təfərrüatı və səbəbləri açıqlamayıb.
Qeyd edək ki, Seyran Mejlumyan ötən cümə günü, mer Hraçya Sarkisyanın istefasından sonra vəzifəsindən getdiyini açıqlamışdı.