<

Tanınmış aktyor 68 yaşını indiki və keçmiş arvadı ilə qeyd etdi - FOTOLAR

13:59 - 21 Mart 2023

Tanınmış aktyor 68 yaşını indiki və keçmiş arvadı ilə qeyd etdi - FOTOLAR

Məşhur aktyor Bryus Uillisin 68 yaşı tamam olub. 

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, o, ailə üzvlərini bir araya yığaraq Los-Ancelesdəki evində yeni yaşını qeyd edib. 

Bryusun ad günündə onun arvadı Emma Heminq Uillis o cümlədən, keçmiş arvadı məşhur aktrisa Demi Mur iştirak ediblər.

Aktyoru özəl günüdə qızı da tək qoymayıb. 

Xatırladaq ki, uzun müddətdir nitq və idrak qabiliyyətlərinin pozulduğu afaziya diaqnozu qoyulan aktyorun xəstəliyinin artdığı məlum olub.

Bu dəfə aktyora FTD kimi tanınan frontotemporal demensiya diaqnozu qoyulub. Brüs xəstəliyinin artdığını öyrəndikdən sonra ailəsi ilə daha çox vaxt keçirməyə başlayıb.



Xəbər xətti

19 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin