"Mançester Siti”nin hücumçusu Erlinq Haaland AVRO-2024-ün seçmə mərhələsində Norveç millisində İspaniya və Gürcüstana qarşı oynamayacaq.
Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Norveç Futbol Assosiasiyasının saytı məlumat yayıb.
Rəsmi məlumata görə, 22 yaşlı forvard İngiltərə kubokunun 1/4 finalında “Bernli” ilə matçda qasıq nahiyəsindən zədə alıb.