FIFA “Qalatasaray”a transfer qadağası qoydu

12:57 - 21 Mart 2023

FIFA “Qalatasaray”a transfer qadağası qoydu

“Qalatasaray” yay transfer pəncərəsi zamanı heyətinə yeni oyunçu cəlb etməyə bilər.

 

Manset.az xəbər verir ki, oxu.az-ın Sabah-a istinadən məlumatına görə, FIFA İstanbul klubuna transfer qadağası qoyub. Buna “sarı-qırmızılılar”ın sabiq futbolçusu Sofyan Fequliyə ödənişləri etməməsi səbəb olub. Əlcəzairli oyunçu bu səbəbdən FIFA-ya üz-tutub. Ali futbol qurumu “Qalatasaray”ın Fequlinin maaşı, bonuslar və mükafatlar olmaqla 1,6 milyon avro ödəməsinə qərar verib.

Əgər ödənişlər edilməsə, klub yayda oyunçu transfer edə bilməyəcək.


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin