<

Bank əməkdaşıyam deyib tanınmış aparıcının pulunu oğurlamaq istədilər - VİDEO

12:33 - 21 Mart 2023

Bank əməkdaşıyam deyib tanınmış aparıcının pulunu oğurlamaq istədilər - VİDEO

Aparıcı Fira Cəlilova sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.

 

Manset.az xəbər verir ki, o, şəxsi instaqram hesabında paylaşdığı videoda ona qarşı dələduzluğa cəhd edildiyini bildirib.

Cəlilova özünü banklardan birinin əməkdaşı kmi təqdim edən şəxsin onun kartında xarici əməliyyatlar apardığını deyib. Daha sonra həmin şəxs aparıcıdan kartının şifrəsini istəyib.

Fira isə onun dələduz olduğunu və sadəcə pulunu mənimsənək istəyən şəxs olduğunu bilib və bu əməliyyatdan imtina edib.

Cəlilova bu videonu paylaşaraq izləyicilərini də belə zənglərə aldanmamağa səsləyib.


Xəbər xətti

19 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin