Öncə spirtli içki içdilər, sonra badə yoldaşını döyüb öldürdü - Bakıda ŞOK OLAY

14:29 - 1 Sentyabr 2021

Öncə spirtli içki içdilər, sonra badə yoldaşını döyüb öldürdü - Bakıda ŞOK OLAY

Bakıda qətl hadisəsi olub.

Bu barədə Manset.az-a Səbail Rayon Prokurorluğundan məlumat verilib.

Belə ki, avqustun 31-i saat 07 radələrində paytaxtın Səbail rayonunda 1972-ci il təvəllüdlü Eldar Qurbanovun üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi faktı ilə bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Aparılan istintaq hərəkətləri və keçirilən əməliyyat-axtarış tədbirləri ilə müəyyən edilib ki, şəhər sakini, 1975-ci il təvəllüdlü Ruslan Alyoşkin avqustun 30-u saat 01 radələrində Səbail rayonu Elçin Əzizov küçəsindəki mənzildə tanışları Marat Həmidov və Eldar Qurbanov ilə birlikdə spirtli içki qəbul etdikdən sonra Eldar Qurbanovla şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı sonuncunun baş nahiyəsinə yumruq və təpiklə çoxsaylı zərbələr vuraraq onu qəsdən öldürüb.

Ruslan Alyoşkin şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə istintaq davam edir.


Xəbər xətti

25 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin