Həbsdə olan sabiq nazir azadlığa buraxıldı

11:38 - 18 İyun 2021

Həbsdə olan sabiq nazir azadlığa buraxıldı

Naxçıvanın sabiq təhsil naziri Məmməd Qəribovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Manşet.az apa-ya istinadən xəbər verir ki, Naxçıvan Ağır Cinayətlər Məhkəməsində M. Qəribova şərti cəza verilib və azadlığa buraxılıb.

Qeyd edək ki, bir müddət əvvəl M. Qəribov və sabiq daxili işlər naziri Əhməd Əhmədov mənimsəmədə ittiham olunaraq həbs olunub.

Ə. Əhmədov məhkəmənin hökmü ilə 11 il azadlıqdan məhrum edilib.


Xəbər xətti

21 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin