Havada toz dumanı müşahidə olunur

13:56 - 1 Sentyabr 2021

Havada toz dumanı müşahidə olunur

Bu gün günorta saatlarından başlayaraq Bakı və Abşeron yarımadasında cənub-şərq istiqamətli hava kütlələri vasitəsilə ölkəmizə daxil olan toz dumanı müşahidə olunur.

Milli Hidrometeorologiya Xidmətindən Manset.az-a verilən məlumata görə, peyk görüntülərindən əldə olunan məlumata əsasən, havada müşahidə olunan toz dumanı transsərhəd xarakter daşıyır.

Hazırda havada tozun miqdarı normadan 2 dəfə çoxdur. Belə tozlu havanın gün ərzində davam edəcəyi gözlənilir.


Xəbər xətti

15 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin