<

Böyük Dəbilqədə iştirak edəcək cüdoçularımız açıqlandı

10:01 - 21 Mart 2023

Böyük Dəbilqədə iştirak edəcək cüdoçularımız açıqlandı

Martın 24-26-da Tbilisidə cüdo üzrə “Böyük dəbilqə” turniri keçiriləcək.

 

Manset.az xəbər verir ki, bu haqda Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.

Üç gün davam edəcək turnirdə 62 ölkədən 400-dən çox idmançı iştirak edəcək. Azərbaycan cüdo üzrə milli yığma komandası yarışda 9 çəki dərəsində 13 cüdoçu ilə təmsil olunacaq.

Cüdoçulara mötəbər yarışda Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli başda olmaqla performans direktoru Mark van der Ham, böyüklərdən ibarət yığmanın böyük məşqçisi Mövlud Mirəliyev və qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov rəhbərlik edəcək.
Yarışda ACF-in “A” kateqoriyalı beynəlxalq dərəcəli hakimi Nazim Umbayev ədalət təmsilçiləri arasında yer alacaq.

Ölkəmizin idman şərəfini Kəramət Hüseynov, Turan Bayramov (hər ikisi 60 kq), Kamran Süleymanov (66 kq), Rəşid Məmmədəliyev, Nəriman Mirzəyev (hər ikisi 73 kq), Rüstəm Orucov, Elcan Hacıyev (hər ikisi 81 kq), Vüqar Talıbov (90 kq), Camal Həmzətxanov (100 kq-dan yuxarı), Leyla Əliyeva (48 kq), Gültac Məmmədəliyeva, Aydan Vəliyeva (hər ikisi 52 kq) və Fidan Əlizadə (57 kq) qoruyacaqlar.


Xəbər xətti

19 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin