<

Nəriman Abbasov növbəti qələbəsini qazandı

09:07 - 21 Mart 2023

Nəriman Abbasov növbəti qələbəsini qazandı

“Qəbələ” idman klubunun döyüşçüsü Nəriman Abbasov növbəti qələbəsini qazanıb.

 

Manset.az xəbər verir ki, 29 yaşlı idmançı “Naiza Fighting Championship” turnirində fərqlənib.

O, Qazaxıstanın Almatı şəhərində təşkil olunan döyüşdə Qırğızıstan idmançısı Kanibek Janıbek Uulu ilə qarşılaşıb və rəqibini məğlub edib.

Qeyd edək ki, bu, idmançımızın peşəkar karyerasında 29-cu qələbədir. Nəriman Abbasov ümumilikdə 33 döyüş keçib.


Xəbər xətti

19 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin