Cinayətdə şübhəli bilinən Azərbaycan vətəndaşı axtarılır

23:33 - 20 Mart 2023

Cinayətdə şübhəli bilinən Azərbaycan vətəndaşı axtarılır

Moskva vilayətində 28 il əvvəl baş verən zorlama və qətl hadisəsinin üstü açılıb. 

 

Manset.az lent.az-a istinadla bildirir ki, Rusiya İstintaq Komitəsinin Moskva vilayəti üzrə Baş İstintaq İdarəsinin məlumatına görə, təqsirləndirilən şəxslərdən biri həbs edilib. Onun 1978-ci il təvəllüdlü Ramenski şəhər sakini olduğu bildirilir.

Məlum olub ki, 1995-ci ilin yayında dörd kişi bağ evində istirahət edirmiş. Onlar qadını onlara qoşulmağa çağırıblar, daha sonra təqsirləndirilən şəxs və yoldaşı əvvəlcə dəvət olunan qadını zorlayıblar, sonra isə onu boğaraq meyitini meşədəki gölə atıblar.

İkinci müttəhim isə cinayəti törətdikdən sonra Rusiyanı tərk edərək Azərbaycana gedib. Onun cinayət məsuliyyətinə cəlb edilməsi ilə yerli müstəntiqlər məşğul olacaq.


Xəbər xətti

27 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin