<

Şuşada bayram tonqalı QALANDI

20:09 - 20 Mart 2023

Şuşada bayram tonqalı QALANDI

Martın 20-də Şuşada ekoaksiyanın iştirakçıları üçün Novruz şənliyi təşkil olunub.

 

Manset.az AZƏRTAC-a istinadən xəbər verir ki, Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunun yaxınlığında bayram tonqalı qalanıb.

“DJ Kənan Drums”ın iştirakı ilə vətənpərvərlik ruhunda, milli və xarici ruhda musiqi səsləndirilir.

Aksiya iştirakçıları üçün, həmçinin bayram süfrəsi açılıb, Novruz təamları, o cümlədən kabab bişirilib.

Novruz tonqalının yaxınlığında səməni atributu yerləşdirilib, açılan bayram çadırında səməni, xonça və digər Novruz atributları düzülüb.

Ekofəallər bayram tonqalı ətrafında toplanıb, şən musiqi sədası altında rəqs edirlər. Aksiyanın keçirildiyi ərazidə Novruz ab-havası hökm sürür.


Xəbər xətti

19 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin