<

Bayram günləri rayonlarda hava necə olacaq?

19:58 - 20 Mart 2023

Bayram günləri rayonlarda hava necə olacaq?

Bayram günlərində regionlarda gözlənilən hava şəraiti açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən Manset.az-a verilən məlumata görə, regionlarda gözlənilən hava şəraiti belə olacaq:

Qəbələ rayonunda - Martın 21-dən bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. 22-si axşam tədricən kəsiləcəyi, 23-24-də havanın sabit keçəcəyi, mülayim yaz havası olacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyinin sürəti 5-10 m/s təşkil edəcək. Havanın temperaturu gecə 5-7° isti, gündüz 13-16° isti olacaq.

Şahdağda - Gün ərzində arabir yağıntılı olacağı, 21-i gündüz, 22-si gecə və səhər arabir qara keçəcəyi, axşama doğru tədricən kəsiləcəyi gözlənilir. 23-24-də havanın sabit keçəcəyi, mülayim yaz havası olacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyinin sürəti 3-8 m/s təşkil edəcək. Havanın temperaturu gecə 0-4° şaxta, gündüz 0-3° isti olacaq.

İsmayıllı rayonunda - Martın 21-i səhərdən arabir yağış yağacağı, 22-si axşam tədricən kəsiləcəyi, 23-24-də havanın sabit keçəcəyi, mülayim yaz havası olacağı gözlənilir.Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyinin sürəti 3-8 m/s təşkil edəcək. Havanın temperaturu gecə 4-6° isti, gündüz 12-15° isti olacaq.

Lənkəran rayonunda - Martın 21-i səhərdən arabir yağış yağacağı, 22-si gündüz tədricən kəsiləcəyi, 23-24-də havanın sabit keçəcəyi, mülayim yaz havası olacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyinin sürəti 5-10 m/s təşkil edəcək. Havanın temperaturu gecə 8-10° isti, gündüz 14-17° isti olacaq.

Şəki rayonunda - Əsasən yağmursuz. Lakin 21-i gündüzdən 22-si gündüzədək bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. 23-24-də havanın sabit keçəcəyi, mülayim yaz havası olacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyinin sürəti 5-10 m/s təşkil edəcək. Havanın temperaturu gecə 7-9° isti, gündüz 13-16° isti olacaq.


Xəbər xətti

19 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin