<

İtkin düşən 4 yeniyetmə TAPILDI - YENİLƏNİB (FOTO)

21:35 - 20 Mart 2023

İtkin düşən 4 yeniyetmə TAPILDI - YENİLƏNİB (FOTO)

Martın 19-dan Yevlax rayonunun Xaldan qəsəbəsində itkin düşdüyü bildirilən bir qrup yeniyetmə tapılıb.

 

Manset.az Publika.az-a istinadən xəbər verir ki, onlar dostlarından birinin əmisi evində bayram yığıncağına gedib və orada gecələyiblər.

Faktla bağlı araşdırma aparılır.

***17:59

Yevlaxda itkin düşən 4 yeniyetmə axtarılır.

 

DİN Mətbuat xidmətindən Manset.az-a bildirilib ki, mart ayının 19-da Yevlax rayonunun Ərəş kəndində yaşayan 4 yeniyetmə - 2008-ci il təvəllüdlü Quliyeva Sona Səyyaf qızı, 2008-ci il təvəllüdlü Musayeva Aysu Nəsimi qızı, 2005-ci il təvəllüdlü İsmayılov Nəbi Seyran oğlu və 2005-ci il təvəllüdlü Soltanov Ələmdar Elgün oğlu yaşadıqları evlərdən çıxaraq bir daha geri qayıtmayıblar.

Şəkillərdəki şəxsləri görənlərdən və barələrində məlumatı olanlardan DİN-in “102 – Zəng Mərkəzi”nə, həmçinin Yevlax Rayon Polis Şöbəsinin (022) 336 – 45 – 02 şəhər və (055) 537 – 87 – 97 mobil nömrələrinə zəng vurmaları xahiş olunur.



Xəbər xətti

19 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin