Bakıda mərkəzdən uzaqda evlər niyə bahalaşır? - ARAŞDIRMA
21 Dekabr 2024
16:11 - 20 Mart 2023
Bayram günlərində hava şəraiti belə olacaqBayram günlərində regionlarda gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Manset.az-a verilən məlumata görə, regionlarda gözlənilən hava şəraiti belə olacaq:
Qəbələ rayonunda
Martın 21-dən bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Martın 22-si axşam tədricən kəsiləcəyi, 23-24-də havanın sabit keçəcəyi, mülayim yaz havası olacağı gözlənilir.
Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyinin sürəti 5-10 m/s təşkil edəcək.
Havanın temperaturu gecə 5-7 dərəcə isti, gündüz 13-16 dərəcə isti olacaq.
Şahdağda
Gün ərzində arabir yağıntılı olacağı, martın 21-i gündüz, 22-si gecə və səhər arabir qara keçəcəyi, axşama doğru tədricən kəsiləcəyi gözlənilir. Martın 23-24-də havanın sabit keçəcəyi, mülayim yaz havası olacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyinin sürəti 3-8 m/s təşkil edəcək. Havanın temperaturu gecə 0-4 dərəcə şaxta, gündüz 0-3 dərəcə isti olacaq.
İsmayıllı rayonunda
Martın 21-i səhərdən arabir yağış yağacağı, 22-si axşam tədricən kəsiləcəyi, 23-24-də havanın sabit keçəcəyi, mülayim yaz havası olacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyinin sürəti 3-8 m/s təşkil edəcək. Havanın temperaturu gecə 4-6 dərəcə isti, gündüz 12-15 dərəcə isti olacaq.
Lənkəran rayonunda
Martın 21-i səhərdən arabir yağış yağacağı, 22-si gündüz tədricən kəsiləcəyi, 23-24-də havanın sabit keçəcəyi, mülayim yaz havası olacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyinin sürəti 5-10 m/s təşkil edəcək. Havanın temperaturu gecə 8-10 dərəcə isti, gündüz 14-17 dərəcə isti olacaq.
Şəki rayonunda
Əsasən yağmursuz olacaq. Lakin martın 21-i gündüzdən 22-si gündüzədək bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Martın 23-24-də havanın sabit keçəcəyi, mülayim yaz havası olacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyinin sürəti 5-10 m/s təşkil edəcək. Havanın temperaturu gecə 7-9 dərəcə isti, gündüz 13-16 dərəcə isti olacaq.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin