<

Kamran Əliyev İlyas İsmayılovla görüşüb, medal təqdim edib - FOTOLAR

16:00 - 20 Mart 2023

Kamran Əliyev İlyas İsmayılovla görüşüb, medal təqdim edib - FOTOLAR

Martın 20-də Baş prokuror Kamran Əliyev 85 illik yubileyi ilə əlaqədar Azərbaycan SSR Prokuroru, prokurorluğun veteranı İlyas İsmayılovla görüşüb.

 

Bu barədə Manset.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, K.Əliyev Baş Prokurorluğun kollektivi adından təbriklərini və xoş arzularını çatdırıb, onu “Azərbaycan Prokurorluğunun 100 illiyi (1918-2018)” Azərbaycanın yubiley medalı ilə təltif edib.

Görüş zamanı K. Əliyev və İ.İsmayılov xatirələrini bölüşüb, səmimi söhbətlər edib və sonda xatirə şəkilləri çəkdiriblər.

 





 


Xəbər xətti

5 İyun 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin