<

Masallıda 37 yaşlı kişi intihar etdi

14:00 - 20 Mart 2023

Masallıda 37 yaşlı kişi intihar etdi

Masallıda 37 yaşlı kişi intihar edib.

 

Manset.az “Report”un Cənub bürosuna istinadən xəbər verir ki, hadisə Masallı şəhərində baş verib.

Rayonun Ərkivan qəsəbəsində qeydiyyatda olan 1986-ci il təvəllüdlü Nurəddin Fərail oğlu Həsənov Masallı şəhərində yaşadığı evin həyətində özünə qəsd edib.

Hadisə yerində aparılan müayinə zamanı onun gecə saatlarında özünü asdığı müəyyən olunub.

İki övlad atası olan N.Həsənov banklardan birinin Masallı filialında kredit mütəxəssisi işləyib. Onun həyatına qəsd etməsinin səbəbi hələlik məlum deyil.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.


Xəbər xətti

19 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin