<

MMA idmançımız bu gün növbəti döyüşünə çıxır

13:38 - 20 Mart 2023

MMA idmançımız bu gün növbəti döyüşünə çıxır

Azərbaycanın və “Qəbələ” idman klubunun döyüşçüsü Nəriman Abbasov bu gün növbəti döyüşünü keçirəcək. Yüngül çəkidə mübarizə aparan MMA idmançısı “Naiza Fighting Championship” turnirində qüvvəsini sınayacaq.

 

Manset.az xəbər verir ki, 29 yaşlı təmsilçimiz qırğızıstanlı Kanibek Janıbek Uulu ilə üz-üzə gələcək. Bu döyüş Almatıda təşkil olunan “Naiza Fighting Championship 50” çərçivəsində baş tutacaq.

Yüngül çəkidə “AMC Fight Night”da çempion titulunun sahibi N.Abbasov peşəkar karyerasında 32-ci döyüşə çıxacaq. Onun hesabında 28 qələbə var. Janibek isə 21 qarşılaşmada 13 dəfə qalib gəlib, 8 dəfə uduzub.


Xəbər xətti

19 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin