Neftçilər prospektinin təmir bitir - Sürücülər yoldan nə vaxt istifadə edə biləcək?

23:50 - 19 Mart 2023

Neftçilər prospektinin təmir bitir  - Sürücülər yoldan nə vaxt istifadə edə biləcək?

Bakıda hərəkət üçün alternativi olmayan yolda təmir işləri  davam edir.

 

Manset.az Xezerxeber.az-a isdinadən xəbər verir ki, söhbət  ''Azneft'' dairəsindən üzü Dəniz Vağzalı istiqmatdə nəqliyyata bağlı olan Neftçilər prospektindən gedir.

Ötən ayın son günlərindən yolda mərhələli şəkildə təmir işlərinə başlanıb. Bakı Şəhər İcra Hakimiyyətinin sifarişi ilə təmir-tikinti işlərini özəl şirkətlərdən biri aparır.

Yeni asfalt qatının vurulması və yolun bağlı olması ilə bağlı yol polisi də sürücüləri əvvəlcədən xəbərdar edib ki, həmin ərazidə gəlib tıxacda qalmasınlar.

İş icraçıları bildirdilər ki, prospektdə asfaltlama işləri yekunlaşan kimi yola cizgi xətləri çəkiləcək. Prospekt bu gün axşam saat 10-da tam olaraq nəqliyyatın hərəkətinə açılacaq.

İş icraçıları onu da əlavə etdilər ki, işlər hava şəraitinə uyğun olaraq aparılır və tam olaraq aprel ayının əvvəlinə qədər təmir-tikinti işlərinin yekunlaşdırılması planlaşdırılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər xətti

25 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin