Türkiyənin Bakıdakı səfirliyindən seçki açıqlaması

22:06 - 19 Mart 2023

Türkiyənin Bakıdakı səfirliyindən seçki açıqlaması

Türkiyənin Bakıdakı səfirliyinin konsulluq şöbəsi iki həftə ərzində xidmətini davam etdirəcək.

 

Manset.az xəbər verir ki, bu barədə Səfirliyin mətbuat xidməti məlumat yayıb.

“Xaricdəki Seçici Reyestrində seçicilərin qeydiyyatı və dəqiqləşdirilmə işləri 20 mart – 2 aprel tarixlərində aparılacaq. Qeyd olunan müddət ərzində seçici qeydiyyatını yeniləmək istəyən Türkiyə vətəndaşları üçün səfirliyin konsulluq şöbəsi bu həftənin sonunda olduğu kimi, növbəti iki həftəsonu (25-26 mart və 1-2 aprel) ərzində də xidmət göstərəcək”, - deyə açıqlamada bildirilib.

Qeyd edək ki, mayın 5-7-də Azərbaycanda Türkiyə səfirliyində ölkəmizdə yaşayan Türkiyə vətəndaşları üçün parlament və prezident seçkilərində səsvermə imkanı yaradılacaq.

Xatırladaq ki, Türkiyədə prezident prezident və parlament seçkiləri mayın 14-də keçiriləcək.


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin