Putinin Mariupola səfəri əvvəlcədən planlaşdırılmayıb

16:22 - 19 Mart 2023

Putinin Mariupola səfəri əvvəlcədən planlaşdırılmayıb

Rusiya prezidenti Vladimir Putinin Mariupola səfəri əvvəlcədən planlaşdırılmayıb.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Kremlin sözçüsü deyib ki, Putinin Mariupola bütün səfəri, onun şəhər ətrafında hərəkəti planlaşdırılmayıb: "Kortej olmayıb, prezident maşın sürərkən bütün yol qaydalarına əməl edib. Ümumiyyətlə, bu, tammiqyaslı işgüzar səfər idi".

Kreml rəsmisi Putinin Rostov-na-Donudakı Xüsusi Hərbi Əməliyyatın komanda məntəqəsinə səfərinin də əvvəlcədən planlaşdırılmadığını, əsas məqsədin məntəqənin işini adi rejimdə yoxlamaq ibarət olduğunu söyləyib.


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin