“Mall” və restoranlara bir doza peyvənd olunanlar buraxılmayacaq! - RƏSMİ

10:53 - 1 Sentyabr 2021

“Mall” və restoranlara bir doza peyvənd olunanlar buraxılmayacaq! - RƏSMİ

Xəbər verdiyimiz kimi, bu gündən etibarən qapalı məkanda göstərilən xidmətlərdən yalnız COVID-19 pasportu olanlar istifadə edə biləcək.

Manset.az xəbər verir ki, Operativ Qərargahın qərarına əsasən, sentyabrın 1-dən yaşı 18-dən yuxarı olan şəxslər ictimai iaşə müəssisələri, mehmanxana və iri ticarət mərkəzlərinə yalnız COVID-19 pasportu olan halda buraxılacaq.

Lakin hələ də, hər iki doza peyvəndlənənlər, yoxsa bir doza vaksin olunanların qapalı məkanlara buraxılması mübahisə doğurur. 

"Qafqazinfo” bununla əlaqədar DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyevlə əlaqə saxlayıb. Şöbə rəisi bildirib ki, qeyd olunan xidmətlərdən yalnız iki doza vaksinasiyadan keçmiş pasportla təmin olunan şəxslər istifadə edə bilərlər: 

"İctimai iaşə müəssisələrində, mehmanxana və iri ticarət mərkəzlərində qapalı məkanda göstərilən xidmətlərdən yalnız iki doza vaksinasiyadan keçmiş pasportla təmin olunan şəxslər istifadə edə bilərlər. Bununla bağlı ötən gün elektron hökumət portalının əməkdaşları da açıqlama veriblər. İşçi heyətin isə sentyabrın 1-dən etibarən COVID-19-a qarşı birinci doza, 1 oktyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunmaları və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb edilir”.

Qeyd edək ki, ictimai nəqliyyat, tibb müəssisələri, gözəllik salonları, həmçinin iri ticarət mərkəzi olmayan kiçik mağazaların xidmətlərindən istifadə etmək üçün COVID-19 pasportu tələb olunmur.


Xəbər xətti

15 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin