“Dinləmə”, “Fringe” filmlərində canlandırdığı obrazlarla məşhurlaşan aktyor Lens Reddik vəfat edib.
Manset.az "axşam.az"a istinadən xəbər verir ki, 60 yaşlı aktyorun cəsədi ötən gün Los-Ancelesdə evində tapılıb.
Onun ölüm səbəbi hələlik rəsmi olaraq açıqlanmayıb.
Qeyd edək ki, Lens son vaxtlar "Con Uik" franşizasının 4-cü bölümü ilə bağlı işlərlə məşğul idi və gələn həftə təqdimatlara qatılması planlaşdırılırdı