Bu tarixlərdə ASAN Xidmət işləməyəcək

13:18 - 19 Mart 2023

Bu tarixlərdə ASAN Xidmət işləməyəcək

Novruz bayramı ilə əlaqədar martın 20-dən 24-dək ASAN Xidmət və ASAN Kommunal mərkəzlərində qeyri-iş günü olacaq.

 

Manset.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, vətəndaşlar martın 25-dən etibarən mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.

Xatırladaq ki, bazar günü ASAN Kommunal mərkəzlərində qeyri-iş günüdür.


Xəbər xətti

18 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin