Ekvadorda 6,9 bal gücündə zəlzələ - Ölənlər var

10:06 - 19 Mart 2023

Ekvadorda 6,9 bal gücündə zəlzələ - Ölənlər var

Ötən gün Ekvadorda 6,9 bal gücündə zəlzələ baş verib.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində 50-yə yaxın yaşayış binasına ziyan dəyib, 7 bina tamamilə dağılıb.

Xəsarət alan insanların sayının 126-ya çatdığı, 13 nəfərin öldüyü bildirilir. 

Qeyd edək ki, 6,9 bal gücündə qeydə alınan təbii fəlakətin episentri 32 min insanın yaşadığı Naranhal şəhərindən 17 km cənub-qərbdə yerləşib.


Xəbər xətti

25 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin