Zelenski Bəşər Əsədə 10 il müddətinə sanksiya tətbiq etdi

17:57 - 18 Mart 2023

Zelenski Bəşər Əsədə 10 il müddətinə sanksiya tətbiq etdi

Ukrayna Prezidenti Volodimir Zelenski Suriyadakı rejimin başçısı Bəşşar Hafiz Əl-Əsədə 10 il müddətinə fərdi sanksiya tətbiq edib.

 

Manset.az “report”a istinadən xəbər verir ki, uyğun sərəncam Ukrayna Prezidentinin saytında yayılıb.

Məlumata görə, Zelenski Əsədlə yanaşı, Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərarı ilə 300 fiziki və 141 hüquqi şəxsə sanksiya tətbiq edib. Bildirilib ki, onların 3-ü Suriya, 7-si İran və qalanları isə Rusiya vətəndaşlarıdır.

Qeyd edək ki, martın 14-də Bəşşar Əsəd Moskvaya səfəri zamanı Rusiyanın ilhaq etdiyi Ukrayna vilayətlərini federasiyanın əraziləri olaraq tanıyıb.


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin