Ağdamda ekskavator minaya düşdü

13:54 - 18 Mart 2023

Ağdamda ekskavator minaya düşdü

Ağdamda ekskavator minaya düşüb.

 

Manset.az xəbər verir ki, DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan “Qafqazinfo”ya verilən məlumata görə, hadisə rayonun Əfətli kəndində əkin sahəsində baş verib.

Kənd sakini Elmir Yusifov ekskavatorla təsərrüfat işləri ilə məşğul olarkən ekskavator torpağa basdırılmış partlamamış mərmiyə toxunub. Nəticədə partlayış baş verib. Hadisə zamanı texnikaya ziyan dəyib.

E.Yusifov isə yüngül dərəcəli xəsarətlər alıb.

Araşdırma aparılır.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin