Zəngilan rayonunun Sarıl kəndi Alıbəyli kənd inzibati ərazi dairəsində yerləşir.
Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Erməni vandalları işğal dövründə kəndi viran qoyaraq xarabalığa çeviriblər.
Vətən müharibəsində düşmənə sarsıdıcı zərbə vuran rəşadətli Azərbaycan Ordusu 2020-ci il oktyabrın 21-də kəndi işğaldan azad edib.
Manset.az AZƏRTAC-a istinadən işğal dövründə erməni vandalizminə məruz qalmış Sarıl kəndinin görüntülərini təqdim edir: