Qanunsuz kömür istehsalçıları aşkarlandı - FOTOLAR

09:40 - 18 Mart 2023

Qanunsuz kömür istehsalçıları aşkarlandı - FOTOLAR

Ölkə ərazisində qanunsuz kömür istehsalının qarşısının alınması məqsədilə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən növbəti nəzarət tədbirləri həyata keçirilib.

 

Manset.az xəbər verir ki, keçirilən tədbirlər zamanı Qəbələ və Göygöl rayonları ərazisində vətəndaşların həyətyanı sahələrində ağac kömürü istehsal edilən 5 kömür quyusu aşkar edilib. 

Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı qanunsuz kömür istehsal edən şəxslərin Qəbələ rayonu, Nic kənd sakini Vitali Dallari, Göygöl rayonu, Toğanalı kənd sakinləri Saləddin Həsənov, Akif Məhərrəmov, Azər Qurbanov və Ülfət Həsənov olduğu müəyyən edilib və barələrində qanunamüvafiq tədbirlər görülüb. 

Aşkar olunan kömür quyuları ləğv olunub.



Xəbər xətti

16 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin