<

Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri artdı

23:15 - 17 Mart 2023

Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri artdı

Bu ilin yanvar-fevral aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 11,1 faiz artaraq 1724,9 milyon manat olub.

 

Dövlət Statistika Komitəsindən Manset.az-a verilən məlumata görə, hüquqi şəxslər tərəfindən əhaliyə 1310,7 milyon manatlıq xidmət göstərilib. Bu da xidmətlərin ümumi dəyərinin 76 faizini təşkil edib.

Cari ilin yanvar-fevral aylarında hər bir ölkə sakini orta hesabla 170,3 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 30,5 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.


Xəbər xətti

24 Mart 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin