İlham Əliyevlə Olaf Şolts mətbuat konfrası keçirdi - VİDEO
26 Aprel 2024
22:22 - 17 Mart 2023
Bakıda yaşayış binasının fasadından qopan daşlar avtomobilin üzərinə düşüb.
Manset.az Xezerxeber.az-a istinadən xəbər verir ki, hadisə nəticəsində nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.
Hadisə Nərimanov rayonunda yerləşən 14 mərtəbli yaşayış binasında baş verib.
Avtomobilin sahibi Səfər Əhmədli iddia edir ki, ərazidə belə hadisələr tez-tez yaşanır. Səfər Əhmədlinin iddiasına görə, nəticədə nəqliyyat vasitəsinə 17 min manat ziyan dəyib.
O deyib ki, bununla bağlı sığorta şirkətinə müraciət etsə də, belə hadisələrə görə ödəniş edilmədiyi bildirilib. Avtomobilinin kasko sığortası olmadığı üçün çətin vəziyyətə düşən Səfər Əhmədli təmiri üçün lazım olan vəsaitin MTK tərəfindən ödənilməsini istəyir.
Məsələ ilə bağlı MTK-nın sözçüsü Ceyran Cəfərli bildirib ki, vətəndaşa ödəniş yalnız məhkəmənin çıxaracağı qərar əsasında edilə bilər.
Ekspertlər deyirlər ki, əgər binanın müvafiq sığortası yoxdursa, vətəndaşa dəyən ziyan MTK rəhbərliyi tərəfindən ödənilməlidir.
Daha ətraflı süjetdə:
Digər xəbərlər
Ən son xəbərləri səhifəmizdən də izləyin