"ABŞ-nin buna hüququ yoxdur" - Rəsmi Bakı
25 Oktyabr 2024
09:38 - 1 Sentyabr 2021
Xəzər rayonunun Mərdəkan qəsəbəsində dənizin sahilində çimərlik geyimində 25-26 yaşlarında naməlum qadın meyiti tapılıb.
Bu barədə Manset.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Onun dənizdə boğulduğu ehtimal edilir.
"Aşkarlanan meyit arıq bədən quruluşlu və boyu 156 santimetrdir. Onun üzərində heç bir zorakılıq əlamətləri aşkar edilməyib. Tapılan zaman barmağında qızıl üzük olub. Həmin şəxsi tanıyanlardan Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin 012-454-22-22 və 070-300-20-99 nömrələri ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş edilir", - Mətbuat xidmətindən bildirilib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin