Almaniyada bankomatlara hücuma görə 42 nəfər saxlanıldı

20:57 - 17 Mart 2023

Almaniyada bankomatlara hücuma görə 42 nəfər saxlanıldı

Almaniyada polis bankomatları partlatmaqda şübhəli bilinən dəstənin 42 üzvünü saxlayıb.

 

Manset.az xəbər verir ki, Almaniya Daxili İşlər Departamentindən verilən rəsmi məlumatda bildirilib ki, polis bankomatlara edilən hücumlara görə yeddi ştatda təxminən 5300 avtomobil və 8000 nəfərin iştirakı ilə axtarışlar aparıb.

Axtarış nəticəsində 42 nəfərin saxlanıldığı bildirilsə də, onların nədə ittiham olunduğu açıqlanmayıb.

Nazirlik bildirib ki, məqsəd regional və sərhədlər boyu fəaliyyət göstərən cinayətkarlara təzyiqi artırmaqdır.

Almaniyanın daxili işlər naziri Nensi Faeser kassa maşınlarını partladanlar heç bir əlaqəsi olmayan insanların həyatını riskə atırlar deyib.

Faeser əlavə edib ki, gələcək hadisələrin qarşısını ancaq təsirli və genişmiqyaslı tədbirlərlə almaq olar.

Son illərdə Almaniyada oğruların bankomatları partlatması və sonra nağd pul oğurlaması halları getdikcə daha çox yayılıb.

Daxili İşlər Nazirliyi keçən il 496 hadisənin görüldüyünü, əvvəlki ilə nisbətən 27 faiz artdığını açıqlayıb.

Jalə

Manşet.az


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin