"PAŞA Həyat" və MEDİA tərəfindən media nümayəndələri üçün təlim təşkil olunub - FOTOLAR

20:54 - 17 Mart 2023

16 mart tarixində “PAŞA Həyat Sığorta” ASC və Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə media nümayəndələri üçün təlim təşkil olunub.

 

Manset.az xəbər verir ki, “Həyat sığortası nədir?” mövzusunda keçirilən təlimin əsas məqsədi jurnalistlərin sahə üzrə biliklərinin artırılması, həmçinin media ilə səmərəli əməkdaşlığın gücləndirilməsi və görülən işlərin media vasitəsilə ictimaiyyətə çatdırılması olub.

Novruz bayramı ərəfəsində təşkil olunan təlimdə çıxışçılar media nümayəndələrinin bayramını təbrik ediblər. Açılış mərasimində çıxış edən PAŞA Həyat şirkətinin Korporativ Kommunikasiya şöbəsinin müdiri Vəli Məmmədov PAŞA Həyat haqqında məlumat verib. Medianın İnkişafı Agentliyinin nümayəndəsi Pərvanə İbrahimova qurumun peşəkar və sahəvi jurnalistikanın inkişafı istiqamətində gördüyü işlərdən danışıb, həyat sığortası barədə ictimaiyyətin dolğun və düzgün məlumatlandırılmasının əhəmiyyətini vurğulayıb. Sonra PAŞA Həyat şirkətinin Marketinq Mərkəzinin rəhbəri Ruslan Ələkbərov həyat sığortası məhsulları, Anderraytinq və Qiymətləndirmə departamentinin direktoru Bəhruz Hacıyev bu sahələr və Risklərin idarəedilməsi departamentinin direktoru Şahin Mahmudzadə sığorta riskləri haqda təqdimatla çıxış ediblər.

Təqdimatlardan sonra media nümayəndələri üçün “PAŞA Həyat” şirkətinin baş ofisinə infotur təşkil olunub.


 



Xəbər xətti

22 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin