Xankəndi-Laçın yolunda sülhməramlıların 92 avtomobili maneəsiz keçdi

19:07 - 17 Mart 2023

Xankəndi-Laçın yolunda sülhməramlıların 92 avtomobili maneəsiz keçdi

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus 13 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

 

Manser.az  xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, 5 minik və 8 yük avtomobili Laçından Xankəndi istiqamətinə maneəsiz hərəkət ediblər.

Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.

Bununla da bu gün bu dəqiqələrə qədər Xankəndi-Laçın yolunda maneəsiz hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 92-yə çatıb.


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin