Parlament hökumətin hesabatını qəbul etdi

18:12 - 17 Mart 2023

Parlament hökumətin hesabatını qəbul etdi

Milli Məclisin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2022-ci ildəki fəaliyyəti haqqında hesabatı müzakirə olunub.

 

Manset.az xəbər verir ki, iclasda Baş nazir Əli Əsədovun təqdim etdiyi hesabat dinlənilib. Hesabat deputatların müzakirəsinə çıxarılıb. Daha sonra səsverməyə qoyularaq qəbul edilib.

Deputatların hesabatla bağlı səsləndirdiyi rəy və təkliflər sistemləşdirilərək Milli Məclis tərəfindən Nazirlər Kabinetinə göndəriləcək.


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin