"Muğanbank"a cinayət işi AÇILDI

16:51 - 17 Mart 2023

“Muğanbank” ASC-nin Mingəçevir şəhər filialında yol verilmiş qanun pozuntuları ilə bağlı cinayət işi başlanılıb.

 

Bu barədə Manset.az-a Mingəçevir Şəhər Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, ASC-nin Mingəçevir şəhər filialında yol verilmiş qanun pozuntuları barədə şəhər prokurorluğunda araşdırma aparılıb.

Araşdırma zamanı sabiq filial direktoru Vüqar Əsgərovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ona etibar olunan xeyli miqdarda pul vəsaitini mənimsəməsi və rəsmi sənədlərin məzmununa yalan məlumatlar daxil etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanılıb.

İbtidai istintaq davam etdirilir.


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin