Təcili tibbi yardım gücləndirilmiş iş rejimində çalışacaq

16:58 - 17 Mart 2023

Təcili tibbi yardım gücləndirilmiş iş rejimində çalışacaq

Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində TƏBİB-in tabeliyindəki “103” və “113” təcili təxirəsalınmaz tibbi yardım stansiyaları gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

 

TƏBİB-dən Manset.az-a verilən məlumata görə, qeyri-iş günlərində xidməti nəzarətdə saxlamaq üçün məsul şəxslərdən ibarət növbətçilik yaradılacaq, həkim briqadalarının sayı xidməti ştata uyğun təşkil olunacaq.

 Bakı şəhərində 139 təcili tibbi yardım briqadası xidmətə hazır vəziyyətdə gətirilib. Onlar tibbi ləvazimatlarla, dərman preparatları və s. ilə tam təmin edilib.

Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində həm xarici ölkələrdən, həm də bölgələrdən xüsusilə Bakı şəhərinə gələn qonaqların sayında artım müşahidə olunduğu üçün təchizat və təlimat buna uyğun təşkil olunacaq.

Məsul şəxslər tərəfindən təcili tibbi yardım xidmətinin fəaliyyəti ilə bağlı reydlər keçiriləcək. Qüsurlar aşkarlanarsa, dərhal tədbir görüləcək.


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin