Generallar hərbçilərlə görüşdü - FOTOLAR

16:11 - 17 Mart 2023

Generallar hərbçilərlə görüşdü - FOTOLAR

Novruz bayramı ərəfəsində Baş prokurorun müavini - Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev, müdafiə nazirinin müavini-Quru Qoşunların Komandanı general-leytenant Ənvər Əfəndiyev, eləcə də Hərbi Prokurorluğun Mərkəzi Aparatının və ərazi hərbi prokurorluqlarının rəhbər vəzifəli şəxsləri və Müdafiə Nazirliyinin yüksək rütbəli zabitləri, hərbi hissələrin dislokasiya olunduğu vətənin müxtəlif bölgələrində yerləşən hissə və bölmələrdə hərbi qulluqçularla görüşüblər.

 

Bu barədə Manset.az-a Hərbi Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Xanlar Vəliyev bildirib ki, son illər İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində Silahlı Qüvvələrimizin maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilib, arsenalı ən müasir silah-sursat, hərbi texnika və digər avadanlıqlarla bir qədər də zənginləşdirilib, həmçinin hərbçilərin sosial vəziyyəti davamlı yaxşılaşdırılıb, mənəvi-psixoloji hazırlıq səviyyəsi və döyüş əhval-ruhiyyəsi artırılıb, bir sözlə müasir tələblərə tam cavab verən, istənilən döyüş tapşırığını ən yüksək səviyyədə yerinə yetirməyə qadir olan Azərbaycan Silahlı Qüvvələri formalaşıb.



Xəbər xətti

16 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin