Oyuna 43 dəqiqə əlavə edən hakimə ömürlük CƏZA

15:55 - 17 Mart 2023

Oyuna 43 dəqiqə əlavə edən hakimə ömürlük CƏZA

Boliviya çempionatının 6-cı turunda keçirilən “Palmaflor” - “Bluminq” oyununun əsas vaxtına 43 dəqiqə əlavə edən hakim Xulio Qutyerres cəzalandırılıb.

 

Manset.az oxu.az-a istinadən xəbər verir ki, Boliviya Futbol Federasiyası onu ömürlük hakimlikdən uzaqlaşdırıb. Qutyerreslə yanaşı, köməkçiləri də cəzaya məruz qalıblar.

Martın 13-ü “Palmaflora” stadionunda keçirilən qarşılaşmada epizodların birində 17 dəqiqə VAR-a baxılıb. Bundan başqa, güclü yağış da vaxtın uzadılmasına səbəb olub. Referi, həmçinin iki penalti təyin edib və iki futbolçunu meydandan qovub. Bir dəfə isə iki komandanın futbolçuları arasında münaqişə baş verdiyindən dayanma olub.

Görüş “Palmaflor”un 3:2 hesablı qələbəsi ilə başa çatıb. Ev sahibi qələbə qolunu əlavə edilmiş 38-ci dəqiqədə vurub. Bu, Boliviya çempionatında ən uzun oyun kimi tarixə düşüb.


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin