<

“Azəriqaz”da növbəti “Açıq qapı” aksiyası - FOTOLAR

15:05 - 17 Mart 2023

“Azəriqaz”da növbəti “Açıq qapı” aksiyası - FOTOLAR

Media nümayəndələrinin iştirakı ilə keçirilən “Açıq qapı” aksiyasında bu dəfə Birliyin Qəza Çağrı Xidməti şöbəsinin rəisi Xalidə Şimşək və Bakı RQİD-nin rəisi Rauf Əhmədov bir sıra məsələlərə aydınlıq gətirib.

 

Manset.az xəbər verir ki, Bakı Regional Qaz İstismarı Departamentinin rəisi abonent sayının hazırda paytaxt üzrə 1 milyon 80 minin üzərində olduğunu bildirib. Rauf Əhmədov qarşıdakı günlərdə əhalinin fasiləsiz qazla təchiz olunması üçün lazımi işlərin görüldüyünü qeyd edib. Departament rəisi, həmçinin ötən gün Binəqədi rayonunun bir hissəsində avtoqəzanın səbəb olduğu fasilənin də aradan qaldırıldığını bildirib.

Aksiyada çıxış edən Qəza Çağrı Xidməti şöbəsinin rəisi Xalidə Şimşək isə daxil olan müraciətlərin sayını açıqlayıb. Şöbə rəisi ilin ilk 2 ayı ərzində qeydə alınan rəqəmin 283 mindən bir qədər çox olduğunu vurğulayıb. X. Şimşək daxil olan müraciətlərin 10%-nin icraata göndərildiyini, qalan 90 %-nin isə 104/185 Çağrı Mərkəzinin əməkdaşları tərəfindən cavablandırıldığını qeyd edib. Həmçinin şöbə rəisi bildirib ki, hər dəfə olduğu kimi bu il də Novruz bayramında Çağrı Mərkəzi 24/7 gücləndirilmiş iş rejimində çalışacaq.

Sonda Birliyin hər iki məsul şəxsi əhaliyə səslənərək bayram günlərində daha da məsuliyyətli olmağa çağırış ediblər.

“Azəriqaz”da növbəti “Açıq qapı” aksiyası -  FOTO
“Azəriqaz”da növbəti “Açıq qapı” aksiyası -  FOTO
“Azəriqaz”da növbəti “Açıq qapı” aksiyası -  FOTO


Xəbər xətti

23 Mart 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin