Körpələri aclıqdan ölən blogger cütlük həbs edildi - FOTO

13:44 - 17 Mart 2023

Körpələri aclıqdan ölən blogger cütlük həbs edildi - FOTO

Rusiyada yaşayan bloger və internet fenomeni 43 yaşlı Maksim Lyuti və onun həyat yoldaşı 33 yaşlı Oksana Mironova bir aylıq körpələri aclıqdan öləndən sonra həbs edilib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Maksim Lyuti Rusiyada “Raw Food” (çiy tərəvəz və meyvələrlə qidalanma) hərəkatının təbliğatçısı kimi tanınır. Lyuti və həyat yoldaşı iddia edirlər ki, onların “Yaşayan adam” klubu ruslara sağlamlıqlarını yaxşılaşdırmaq və şəxsi problemlərini həll etməkdə kömək edir.

Qəribə cütlüyün internetdə məşhur olmasının başqa bir səbəbi də bu yaxınlarda “prana” qidalanmasına (günəş işığı ilə qidalanma) inandıqlarını elan etmələridir.

“Prana Nutrition” yalnız bəzi mədəniyyətlərdə maye pəhriz olaraq tətbiq edildiyi halda, cütlüyün qida və su olmadan yalnız günəş işığı ilə qidalandığı və beləliklə də kiçik körpələrini də ac qoyduğu iddia edilir.

Cütlüyün təxminən bir aylıq oğlu xəstələndikdən sonra Soçi yaxınlığındakı xəstəxanaya aparılıb. Həkimlər körpənin uzun müddət ac qaldığını və sətəlcəmdən halsız olduğunu müəyyən ediblər.

Körpənin xəstəxanaya çatdırılmasından az sonra ölümü Rusiya səlahiyyətlilərini hərəkətə keçirib. Rusiya İstintaq Komitəsi körpənin ölümü ilə bağlı araşdırmalara başlayıb.

Cütlük 2 ay müddətinə ev dustaqlığına buraxılıb.

Manşet.az



Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin