Fransa hökuməti mübahisəli pensiya islahatını Milli Assambleyada səs vermədən qəbul etdikdən sonra fransız xalqının hökumətə münasibəti ilə bağlı sorğu keçirilib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, respondentlərin 82 faizi Konstitusiyanın 49-cu maddəsinin 3-cü bəndindən istifadə edərək mübahisəli pensiya islahatının Milli Məclisdə səsvermə olmadan qəbul edilməsini “pis hal” adlandırıb.
Sorğuda iştirak edənlərin 71 faizi hökumətin istefasını istədiyini bildirib.
Manşet.az