Avropa Liqasında 1/4 finalın püşkü atılır

09:40 - 17 Mart 2023

Avropa Liqasında 1/4 finalın püşkü atılır

Bu gün UEFA Avropa Liqasında cari mövsümün sonuncu püşkü atılacaq.

 

Manset.az “Report”a istinadən xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.

Püşkatma mərasimində 1/4 və yarımfinal cütlükləri bəlli olacaq, eyni zamanda, final matçının nominal meydan sahibinin adına aydınlıq gələcək.

Bu mərhələdən etibarən, püşkün nəticəsinə əsasən, istənilən ölkə təmsilçisi bir-birilə qarşılaşa biləcək.

1/4 final mərhələsinin ilk oyunları aprelin 13-də, cavab matçları bundan bir həftə sonra gerçəkləşəcək. Yarımfinal görüşləri mayın 11-i və 18-də olacaq.

Turnirin final görüşü isə mayın 31-də Macarıstanın paytaxtı Budapeştdəki “Puşkaş Arena”da baş tutacaq.

UEFA Avropa Liqası

1/4 final mərhələsi

“Union” (Belçika)

“Bayer” (Almaniya)

“Arsenal” (İngiltərə)

“Roma” (İtaliya)

“Sevilya” (İspaniya)

“Yuventus” (İtaliya)

“Mançester Yunayted” (İngiltərə)

“Feyenoord” (Niderland).


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin