UEFA Avropa Liqasının 1/8 mərhələsində "Fənərbağça" futbol klubu ilə İspaniyanın "Sevilya" komandası arasında görüş keçirilib.
Manset.az xəbər verir ki, matç Türkiyə klubunun 1:0 hesablı üstünlüyü ilə başa çatıb.
İlk oyunda 2-0 hesabla məğlub olan İstanbul təmsilçi Avropa Liqası ilə vidalaşıb.
"Sevilya"dan başqa İngiltərənin "Mançester Yunayted", Niderlandın "Feyenoord" və İtaliyanın "Yuventus" klubları da 1/4 finala vəsiqə qazanıblar.