Türk dövlətləri Mülki Müdafiə Mexanizmi YARADIR

21:56 - 16 Mart 2023

Türk dövlətləri Mülki Müdafiə Mexanizmi YARADIR

Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində Mülki Müdafiə Mexanizmi yaradılacaq.

 

Manset.az xəbər verir ki, bu barədə TDT Zirvə görüşünün nəticələrinə dair mətbuat konfransı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib.

Onun sözlərinə görə, bu Mexanizm TDT ölkələrinin müvafiq qurumları arasında əməkdaşlığı daha da gücləndirəcək.

Qeyd edək ki, bu gün keçirilən Zirvə görüşünün sonunda qəbul edilən bəyannamədə də Mülki Müdafiə Mexanimzinin yaradılması barədə müddəa mövcuddur. Ankara Bəyannaməsində bildirilir ki, baş verə biləcək mümkün fəlakətlər və fövqəladə hallar zamanı ehtiyacların səmərəli, əlaqələndirilmiş və vaxtında həll edilməsi üçün TDT-nin milli fəlakətlərin idarə edilməsi qurumları arasında əməkdaşlığı gücləndirmək barədə razılığa gəldilər və bu xüsusda Türk Dövlətləri Təşkilatının Mülki Müdafiə Mexanizminin yaradılması haqqında Sazişin Türk Dövlətləri Təşkilatının Qazaxıstan Respublikasının Türkistan şəhərində keçiriləcək 10-cu Zirvə görüşünədək imzalanması üçün aidiyyəti qurumlara tapşırıq verilib.


Xəbər xətti

18 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin