Azərbaycanda zəncirvari qəza: Dörd maşın bir-birinə çırpıldı

19:47 - 16 Mart 2023

Azərbaycanda  zəncirvari qəza: Dörd maşın bir-birinə çırpıldı

Cəlilabad rayonunda dörd avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.  

 

Manset.az xəbər verir ki, Bizim.Media-nın Cənub bürosu xəbər verir ki, hadisə Cəlilabad şəhərinin H. Əliyev prospektində qeydə alınıb.  

Belə ki, avtoyuma məntəqəsinin işçisi avtomobil sahibinin etibarından sui-istifadə etməklə "BMW" markalı minik avtomobilini avtoyumadan götürərək zəncirvari yol qəzasına səbəb olub.

Qəza nəticəsində sürücülərdən biri, Biləsuvar rayon sakini, 1982-ci il təvəllüdlü Bəhruz Quliyev xəsarət alıb. Yaralı rayon xəstəxanasına çatdırılıb.  

Faktla bağlı araşdırma aparılır.  


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin