Şavkat Mirziyoyev İlham Əliyevə təşəkkür etdi

18:12 - 16 Mart 2023

Şavkat Mirziyoyev İlham Əliyevə təşəkkür etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçılarının Fövqəladə Zirvə görüşünün keçirilməsi təklifinə görə minnətdarlığımı bildirirəm.

 

Manset.az xəbər verir ki, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Ankarada keçirilən toplantıda çıxışı zamanı bildirib.

"Bugünkü görüşümüz dostluğumuzun və birliyimizin, ən çətin zamanlarda bir-birimiz üçün möhkəm dayaq olduğumuzun əyani və praktik sübutudur", - prezident bildirib.

Qeyd edək ki, martın 16-da Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirilib. Bu tədbirin Şuşada keçirilməsi nəzərdə tutulmuşdu. Lakin Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar Prezident İlham Əliyev qardaş ölkəyə dəstək məqsədilə Zirvə görüşünün Ankarada keçirilməsi təklifi ilə çıxış edib. 

“Fəlakət - Fövqəladə halların idarə edilməsi və humanitar yardım” mövzusuna həsr olunan Zirvə görüşü Türkiyənin cənub və cənub-şərq bölgələrində baş verən zəlzələ nəticəsində yaranan fövqəladə vəziyyətlə bağlı məsələlərin ən yüksək səviyyədə müzakirə edildiyi platformadır. Liderlər fəlakətlərlə mübarizədə Türk Dövlətləri Təşkilatı daxilində çoxtərəfli sıx əməkdaşlıq və koordinasiya mexanizmlərinin yaradılmasına diqqət çəkib, regionda mövcud çağırışlarla bağlı məsləhətləşmələr aparıblar.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin