Xankəndi-Laçın yolunda sülhməramlıların avtomobilləri keçdi

18:01 - 16 Mart 2023

Xankəndi-Laçın yolunda sülhməramlıların avtomobilləri keçdi

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus 4 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

 

Manset.az xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, 2 yük və 1 minik avtomobili Xankəndidən Laçın, bir tibbi avtomobil isə Laçından Xankəndi istiqamətinə maneəsiz hərəkət ediblər.

Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.

Bununla da bu gün bu dəqiqələrə qədər Xankəndi-Laçın yolunda maneəsiz hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 67-yə çatıb.


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin