<

Bu ölkədə Rusiya üçün casusluqda şübhəli bilinən 9 nəfər saxlanıldı

17:04 - 16 Mart 2023

Bu ölkədə Rusiya üçün casusluqda şübhəli bilinən 9 nəfər saxlanıldı

Rusiyanın Polşadakı casusluq şəbəkəsinin üzvü olduğu iddia edilən 9 nəfər Ukraynaya silah daşımaq üçün istifadə edilən dəmir yolunu izləmək və təxribat aksiyaları hazırlamaq iddiası ilə saxlanılıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Polşanın daxili işlər naziri Mariuş Kaminski açıqlamasında bildirib ki, Daxili Təhlükəsizlik Xidməti Rusiyaya casusluqda şübhəli bilinən 9 nəfəri saxlayıb.

Kaminski qeyd edib ki, şübhəlilər “Ukraynaya texnika, silah və yardım tədarükünü iflic etməyə yönəlmiş təxribat hərəkətləri” hazırlayırlar.

Şübhəlilərin Ukraynaya yardım aparan nəqliyyat vasitələrinə yerləşdirməyi planlaşdırdıqları kameralar, elektron cihazlar və GPS ötürücülərinin müsadirə edildiyini qeyd edən Kaminski istintaqın davam etdiyini bildirib.

Manşet.az


Xəbər xətti

21 Mart 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin